BAKI, 30 iyun. TELEQRAF
İsrailin Müstəqillik Gününü qeyd etmək üçün Kişinyovdakı “Radisson Blu” otelində ölkə səfirliyi tərəfindən təşkil edilən qəbulda Moldova Xarici İşlər Nazirliyinin (XİN) bir neçə əməkdaşı zəhərlənib.
Teleqraf xəbər verir ki, bu barədə hökumətə bağlı “Newsmaker” portalı nazirliyə istinadla məlumat yayıb.
Bildirilib ki, moldovalı bir neçə diplomat tibbi yardım üçün müraciət edib, qəbulda iştirak edən baş nazirin müavini və xarici işlər naziri Mixay Popşoy isə özünü yaxşı hiss edir.
Moldova Milli Səhiyyə Agentliyi oteldə baş verən hadisə barədə məlumat verib. Qeyd edilib ki, ötən həftə oteldə keçirilən tədbirdə 26 nəfər zərər çəkib. Zəhərlənməyə səbəb salmonella olub.