BAKI, 30 iyun. TELEQRAF
Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatlarının alınması üçün 3,9 milyard avro məbləğində ilk tranşı ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Rusiyanın genişmiqyaslı işğalına qarşı müqavimətin mərkəzində Ukraynanın ixtiraçılıq qabiliyyəti dayanır və biz bu təşəbbüsü dəstəkləyirik. Ukraynanın müdafiəsini gücləndirmək üçün qabaqcıl dron texnologiyalarına 3,9 milyard avro məbləğində ilk tranşı ayırırıq”, - o qeyd edib.