BAKI, 25 may. TELEQRAF

Estoniya xarici işlər naziri Marqus Tsaxna Rusiya Prezidenti Vladimir Putinin Moskva qarşı növbəti sanksiyalar paketində qorxduğu çox ağrılı məqamın adını çəkib.

Teleqraf xəbər verir ki, bu barədə o, ERR-ə verdiyi açıqlamada bildirib.

“İndi hamı başa düşür ki, Putin Avropa İttifaqını (Aİ) danışıqlara cəlb etməyə çalışır. Bir ildən çox davam edən danışıqlar (əslində bunlar heç danışıqlar yox, adi söhbətlər idi) Putinə vaxt qazanmaq imkanı verdi. Bu müddətdə o, həm hərbi fəaliyyətlə, həm də qış boyu fəal şəkildə Ukrayna əhalisini terrora məruz qoymaqla məşğul olub”, - Tsaxna bildirib.

Nazir qeyd edib ki, hazırda Rusiyanın məqsədi Aİ-ni vasitəçi roluna cəlb etməkdir: “Çünki Putin vaxt qazanmalıdır. Əgər Aİ vasitəçi rolunu öz üzərinə götürsə, artıq hazırda hazırladığımız növbəti sanksiyalar paketi haqqında danışmayacağıq. Putinin qorxduğu çox ağrılı bir şey var: Avropa İttifaqı boyunca dəniz nəqliyyatına tam qadağa”.

Tsaxnanın sözlərinə görə, Aİ Putinlə tələsik görüşün Avropanın mövqeyini zəiflədəcəyini, Ukraynaya kömək etməyəcəyini anlayır:

“Strateji və ölçülü fasiləyə riayət etməli, Rusiyaya təzyiqi artırmalı və müəyyən məqamda ciddi şəkildə Putini danışıqlar masasına gətirməliyik, çünki o, hələ də könüllü olaraq gəlmək istəmir”.

Aİ ölkələrinin xarici işlər nazirləri bu həftə Kiprdə Brüsselin vasitəçilik variantlarını müzakirə edəcəklər. Marqus Tsaxna əlavə edib ki, Aİ bu rolu öz üzərinə götürə bilməz:

“Vasitəçi rolu Ukrayna ilə Rusiya arasında kompromis axtarışına başlamaq üçün neytral mövqe tutmaq deməkdir. Bu, qətiyyən bizim məqsədimiz deyil”.