BAKI, 22 may. TELEQRAF

Avropa İttifaqı (Aİ) Hörmüz boğazının bağlanılması ilə əlaqədar İrana qarşı yeni sanksiya rejimi hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Aİ Şurasının qətnaməsində bildirilib.

“Aİ Şurası bu gün İrana qarşı 2023-cü ildə Rusiyaya hərbi dəstək üzrə tətbiq edilən Aİ sanksiyalarının əhatə dairəsini genişləndirmək qərarına gəlib. Yeni, genişləndirilmiş sanksiyalar mexanizmi həmçinin İranın Yaxın Şərqdə naviqasiya azadlığını təhdid edən hərəkətləri ilə əlaqəli şəxsləri və qurumları da əhatə edəcək”, - qətnamədə deyilir.

Aİ Şurasının məlumatına görə, İranın Hörmüz boğazındakı fəaliyyətləri beynəlxalq hüquqa ziddir.

Yeni rejim çərçivəsində hələlik konkret tədbir tətbiq edilməyib, bu, daha sonra baş verəcək. Sanksiyalar ənənəvi olaraq Aİ-yə giriş qadağasını və aktivlərin dondurulmasını əhatə edəcək.