BAKI, 18 may. TELEQRAF

ABŞ Prezident Donald Trampın rəhbərliyi altında Avropa İttifaqına (Aİ) müharibə elan edib.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel (2005-2021) deyib.

“Fakt budur ki, hazırkı administrasiya dövründə ABŞ çoxtərəfli sistemə və bütün çoxtərəfli qurumlara, deməli, Avropa İttifaqına və ya heç olmasa, Aİ təsisatlarına müharibə elan etdiyi təhlükəsizlik strategiyası hazırlayıb”, - o bildirib.

Merkelin fikrincə, Vaşinqton açıq şəkildə Aİ qurumlarını zəiflətmək üçün çalışır.

“Burada maraqlarımız çox fərqlidir. Əvvəllər ABŞ ilə münasibətlərimizdə belə bir şey görməmişdik”, - keçmiş kansler vurğulayıb.