BAKI, 13 may. TELEQRAF
Moldova müdafiə naziri Anatoli Nosati müxalifətin tələbi ilə istefa verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, nazir bu barədə brifinqdə bildirib.
“İstintaq başa çatana və bu işin bütün halları aydınlaşdırılana qədər istefa verməyəcəyəm. Ordu səlahiyyətlərin bölüşdürülməsi prinsipi əsasında fəaliyyət göstərir. Nazir hər şeyin idarə olunmasına birbaşa cavabdeh deyil”, - Nosati vurğulayıb.
Müxalifət Moldova ordusunda bir neçə intihar hadisəsinə və hərbi hissələrdən birində silahla ehtiyatsız davranma nəticəsində yetkinlik yaşına çatmayan şəxsin ölümünə görə müdafiə nazirini ittiham edərək, istefa verməyə çağırıb.