BAKI, 18 mart. TELEQRAF
Almaniya Kansleri Fridrix Merts tez-tez Avropa İttifaqının (Aİ) fəaliyyətindən narazılıq etməyə və Brüsseldən daha müstəqil siyasət yürütməyin tərəfdarı olduğunu nümayiş etdirməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Merts Aİ bürokratiyasını tənqid edir və bunun Almaniya iqtisadiyyatının inkişafını ləngitdiyini hesab edir. Kansler həmçinin bəzi məsələlərdə Aİ səviyyəsində konsensus olmadan hərəkət etməyin lazım olduğunu düşünür. Mertsin bu mövqeyi Vaşinqton səfəri zamanı məlum olub, o, ABŞ Prezidenti Donald Trampın İspaniyaya yönəlik tənqidini dəstəkləyərək, Aİ-dəki müttəfiqini müdafiə etməyib.
Agentlik yazıb ki, İrandakı müharibə və transatlantik münasibətlərdəki dəyişikliklər kimi xarici siyasət çağırışları fonunda milli hökumətlərlə Brüssel arasında gərginlik artır.