BAKI, 16 mart. TELEQRAF
Almaniya xarici işlər naziri Yohann Vadeful ABŞ və İsraili İranda həyata keçirdikləri hərbi əməliyyatın məqsədlərini və bunun hansı müddətdə başa çatacağını aydınlaşdırmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu bu sözləri o, Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının toplantısından əvvəl deyib.
“İlk növbədə, İsrail və ABŞ-dən İrandakı hərbi məqsədlərinə nə vaxt nail olmağı planlaşdırdıqlarını soruşmaq istəyirik. Bu məsələdə aydınlaşdırma lazımdır”, - nazir bildirib.
Vadefulun fikrincə, əməliyyatın məqsədləri və vaxtı barədə daha aydın təsəvvür yarandıqdan sonra növbəti - bütün regionun təhlükəsizlik arxitekturasının müəyyənləşdirilməsinin nəzərdə tutulduğu mərhələyə keçmək olar.
Almaniya xarici işlər nazirinin sözlərinə görə, belə bir təhlükəsizlik sisteminin qurulması qonşu ölkələrin də iştirakı ilə aparılmalı və bu proses İranla dialoqun başlanmasını da nəzərdə tutmalıdır.