BAKI, 13 mart. TELEQRAF

Almaniya Kansleri Fridrix Merts Rusiyaya qarşı sanksiyaların hansısa səbəbdən yumşaldılmasının səhv olacağını bildirib .

Teleqraf xəbər verir ki, o, ABŞ hökumətinin Rusiya neftinin satışına müvəqqəti icazə verən qərarına reaksiya verib.

Kanslerin sözlərinə görə, Berlin bu qərardan yalnız bu gün səhər xəbər tutub və Vaşinqtonun bu addımının əsl səbəblərini anlamaq istəyir.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən verilən ümumi lisenziyaya əsasən, Rusiya nefti daşıyan gəmilərlə əməliyyatlara 11 aprel 2026-cı il tarixinə qədər icazə verilir. Fridrix Merts isə sanksiyaların yumşaldılmasının beynəlxalq ictimaiyyətə yanlış siqnal verə biləcəyini vurğulayıb.