BAKI, 24 fevral. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumatına yayıb.
Nazirlik görüşün məzmunu və ya gündəliyi barədə əlavə məlumat verməyib.