BAKI, 24 fevral. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putini müharibəni bitirməyə məcbur etmək üçün onu Ukraynanı məğlub edə bilməyəcəyinə inandırmaq lazımdır”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.

“Rusiyanın müharibəni maliyyələşdirməsini dayandırmalıyıq. Avropa İttifaqının növbəti sanksiya paketi məhz bu məqsədə xidmət edir. Rusiya artıq dünyanın düşündüyü qədər güclü deyil. Rusiya qalib gəlməməlidir. Buna görə də uzunmüddətli sülh istiqamətində işimizi davam etdirəcəyik”, - Merts vurğulayıb.