BAKI, 26 yanvar. TELEQRAF
“Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni uduzur, dərhal Rusiya ilə sülh müqaviləsi imzalamalıdır”.
Teleqraf xəbər verir ki, bunu İtaliyanın nəqliyyat və infrastruktur naziri, baş nazirin müavini Matteo Salvini deyib.
“Zelenski aldığı bütün pul, səylər və yardımdan sonra da özündə şikayət etməyə cəsarət tapır. Dostum, sən müharibəni uduzursan, insanları, etibar və ləyaqətini itirirsən, sülh müqaviləsini mümkün qədər tez imzala”, - İtaliya rəsmisi vurğulayıb.