BAKI, 13 yanvar. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski İranda baş verən kütləvi etirazlara münasibət bildirib.

Teleqraf xəbər verir ki, o, dünya liderlərini bu anı əldən verməməyə və iranlılara ölkədə hakimiyyəti dəyişməyə kömək etməyə çağırıb.

“Hazırda İranda baş verənlər - genişmiqyaslı etirazlar, üsyan Rusiyanın vəziyyətinin asan olmayacağına açıq işarədir. Bu planetdəki hər bir vicdanlı insan səmimi qəlbdən istəyir ki, İran xalqı nəhayət Ukrayna və digər ölkələrə bu qədər zərər vermiş mövcud rejimdən azad olsun”, - Zelenski deyib.

Ukrayna Prezidentinin fikrincə, dəyişikliklərin mümkün olduğu bu məqamı qaçırmaq olmaz. Volodimir Zelenski dünya liderləri və beynəlxalq təşkilatları müdaxilə etməyə və xalqın İranda mövcud rejimi aradan qaldırmasına kömək göstərməyə çağırıb:

“Dəyişikliklərin mümkün olduğu bu anı dünyanın qaçırmaması çox vacibdir. Hər bir lider, hər bir ölkə və beynəlxalq təşkilatlar indi müdaxilə etməli və İranın bu gün gəlib çatdığı vəziyyətin günahkarlarını xalqın aradan qaldırmasına yardım etməlidir”.