BAKI, 31 dekabr. TELEQRAF
“Hərbi Hava Qüvvələrimizin ehtiyacları nəzərə alınaraq, milli təyyarəmiz KAAN xidmətə daxil olana qədər inkişaf etmiş texnologiya ilə təchiz edilmiş müasir döyüş təyyarələrinin inventara alınması, inventarın müxtəlifləşdirilməsi və çəkindiricilik qabiliyyətinin artırılması fəaliyyətlərimiz davam edir”.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.
“CAATSA sanksiyalarının ləğv olunması halında ABŞ ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın sürətlənəcəyini düşünürük. Sözügedən sanksiyaların aradan qaldırılması və F-35 tədarükü ilə bağlı işlər davam edir”, - nazirliyin rəsmi nümayəndəsi vurğulayıb.