BAKI, 2 dekabr. TELEQRAF
Belçika polisi Avropa İttifaqının (Aİ) vəsaitlərindən təyinatı üzrə istifadə olunmaması ilə bağlı araşdırma çərçivəsində Brüsseldə yerləşən Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) qərargahında, Bryüggedəki Avropa Kollecində və bir neçə yaşayış ünvanında axtarışlar aparıb.
Teleqraf xəbər verir ki, bu barədə "Euractiv" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, polis bir sıra sənədləri müsadirə edib və satınalmalar zamanı dələduzluq və korrupsiya şübhəsi ilə üç nəfəri saxlayıb.
Araşdırma davam edir.