BAKI, 1 dekabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələri noyabr ayı ərzində Ukraynanın 505 kvadrat kilometr ərazisini işğal edib. Bu, sentyabrdakından təxminən iki dəfə çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu təkcə noyabr ayında ümumilikdə 5990 hücum əməliyyatı həyata keçirib. Bu, 2025-ci il ərzində ən yüksək aylıq göstəricidir.

Rusiyanın indiyədək Ukraynanın təxminən 115 min kvadrat kilometr ərazisini (19 faiz) işğal etdiyi güman olunur.