BAKI, 21 noyabr. TELEQRAF
Ukrayna xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqının xarici işlər nazirləri ilə görüşü zamanı ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı “sülh planı”nı kəskin tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşr Andrey Sibiqaya istinadla yazıb ki, Donald Trampın planı praktiki olaraq Ukraynanın kapitulyasiyasına bərabərdir.