BAKI, 14 oktyabr. TELEQRAF

Moldovada “Fəaliyyət və Həmrəylik” (PAS) Partiyası iş adamı Aleksandr Muntianunu baş nazir vəzifəsinə namizəd olaraq irəli sürəcək.

Teleqraf xəbər verir ki, bunu PAS sədri İqor Qrosu açıqlayıb.

Qrosunun sözlərinə görə, Konstitusiya Məhkəməsi deputat mandatlarını təsdiqlədikdən və parlamentdə fraksiyalar formalaşdıqdan sonra partiya Muntianunu Moldova Prezidenti Maya Sanduya təqdim edəcək.

“Moldovaya Avropa İttifaqına inteqrasiya prosesini idarə edə biləcək və iqtisadi inkişafı dəstəkləyəcək böyük iqtisadi təcrübəyə malik səriştəli insanlar lazımdır”.