BAKI, 7 oktyabr. TELEQRAF
İtaliya Baş naziri Corciya Meloninin müavini Matteo Salvini Ukraynada müharibə başa çatdıqdan sonra Rusiyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bunu “Corriere della Sera” qəzetinə müsahibəsində ticarət əməkdaşlığının genişləndirilməsindən danışarkən deyib.
“Tezliklə Vaşinqtona, müharibə başa çatdıqdan sonra isə Moskvaya getməyi planlaşdırıram. İtaliya körpülər qurmağa hazırdır”, - Matteo Salvini bildirib.