BAKI, 6 oktyabr. TELEQRAF
Polşa və Latviya Almaniyanın keçmiş kansleri Angela Merkelin bu ölkələri Ukraynada müharibənin başlamasında əli olmaqda ittiham edən bəyanatına reaksiya gəlib.
Teleqraf xəbər verir ki, sabiq kanslerin ittihamları Estoniya parlamentində tənqid edilib.
Parlamentin Xarici əlaqələr komitəsinin rəhbəri Marko Mikkelson deyib ki, Merkelin sözləri onun kansler kimi fəaliyyətinə kölgə salır.
Polşanın keçmiş baş naziri Mateuş Moravetski də bu məsələ ilə bağlı kəskin çıxış edib:
“Angela Merkel düşüncəsiz müsahibəsi ilə sübut etdi ki, o, ötən əsrdə Avropaya ən çox ziyan vuran alman siyasətçilərindən (nasistlərdən) biridir”.
Angela Merkel bundan əvvəl bildirib ki, Polşa və Baltikyanı ölkələr Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyəti bölüşürlər.
Keçmiş kansler qeyd edib ki, 2021-ci ildə o, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar üçün yeni format yaratmağa çalışıb: “Çünki Putin artıq Minsk razılaşmalarını ciddi qəbul etmirdi”.
Həmçinin onun sözlərinə görə, məhz Polşa, Litva, Latviya və Estoniya Rusiyaya qarşı vahid Avropa siyasətinin olmayacağı qorxusundan bu təşəbbüsə qarşı çıxıblar. Merkel iddia edib ki, bu mövqe Avropa İttifaqı və Rusiya arasında münasibətlərin pisləşməsinə gətirib çıxarıb, nəticədə Ukraynada müharibəyə səbəb olub.