BAKI, 24 sentyabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp biznesmendir və dünyanı Amerika nefti və mayeləşdirilmiş təbii qazı üçün daha yüksək qiymətlər ödəməyə məcbur etmək istəyir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezident Tramp ABŞ-nin iqtisadi maraqlarını təmin etmək niyyətini heç vaxt gizlətməyib. Niyyəti bütün dünyanı Amerika neftinə, Amerikanın mayeləşdirilmiş təbii qazına daha çox pul ödəməyə məcbur etməkdir”, - Kremlin sözçüsü bildirib.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl Avropa ölkələrini Rusiyadan neft-qaz almağı dayandırmağa çağırmışdı.