BAKI, 22 avqust. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp bu gün Vladimir Putini dayandıra biləcək yeganə şəxsdir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Fikrimcə, o, bu gün Putini dayandıra biləcək yeganə şəxsdir. Razılaşdıq ki, diplomatik istiqamətdə hərəkət etmək daha düzgündür. Prezident Trampın təklif etdiyi bu istiqaməti dəstəkləyirəm. Söhbət üçtərəfli görüşdən gedir, buna ehtiyac var”, - dövlət başçısı bildirib.