BAKI, 15 avqust. TELEQRAF
“Ukrayna ərazi mübadiləsi məsələsində qərar verməlidir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ lideri bildirib ki, bu gün rusiyalı həmkarı Vladimir Putinlə görüşdə ərazi mübadiləsi məsələsi müzakirə olunacaq:
“Ərazi mübadiləsi məsələsi danışıqlar masasındadır, amma o qərarı Ukrayna qəbul etməlidir. Düşünürəm ki, onlar düzgün qərar verəcəklər”.
Tramp həmçinin qeyd edib ki, danışıqlar Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirəsini istisna etmir. Prezident ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanəti verməsini istisna etməyib.
“Bu, Avropa və digər ölkələrlə mümkündür. NATO şəklində deyil, çünki bu, olmayacaq. Olmayacaq şeylər var. Amma, bəli, Avropa ilə bir ehtimal var”.