BAKI. 8 iyul. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Rusiyada hərbi xidmətkeçmə qaydası ilə bağlı fərman imzalayıb.
Teleqraf xəbər verir ki, dəyişikliklərdən biri xarici vətəndaşların təkcə fövqəladə və ya hərbi vəziyyət və silahlı münaqişələr şəraitində deyil, həm də səfərbərlik dövründə Rusiya ordusunda hərbi xidmət keçməsi ilə bağlıdır.
Digər bir bənddə hərbi qulluqçuların hərbi xidmətdən tərxis edilməsi və hərbi hissənin şəxsi heyət siyahısından çıxarılması qaydası əks olunub. Bundan sonra müqavilə ilə xidmət edən və tərxis üçün bir neçə əsası olan hərbi qulluqçu, xüsusi əsaslarla tərxis edildiyi hallar istisna olmaqla, seçdiyi əsasla tərxis oluna bilər.