BAKI, 27 iyun. TELEQRAF

“Müharibəni dayandırmaq və real sülh naminə Rusiyaya qarşı sanksiya təzyiqi maksimum dərəcəyə qaldırılmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı bildirib ki, ayrı-ayrı ölkələr və beynəlxalq qurumların tətbiq etdikləri sanksiyaların sinxronlaşdırılması təmin olunmalıdır.

“Rusiya bütün diplomatik səylər və sülh təkliflərini əngəlləməyin və müharibəni uzatmağın əsl ağrılı nəticələrini hiss etməlidir. Avropa İttifaqının, “Yeddilik” qrupunun (G7) digər üzvlərinin və Rusiya ilə əlaqələri olan digər ölkələrin sanksiyaları yüz faiz işləməlidir”, - Zelenski vurğulayıb.