BAKI, 21 iyun. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ABŞ-nin dəstəyi olmadan qalmasını istəyir. Bizim üçün isə bu dəstəyi saxlamaq prioritetdir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Putin bizim Amerikasız qalmağımızı istəyir. Prezident Tramp üçün İsrail-İran məsələsi indi daha yüksək prioritetdir. Ruslar İranı dəstəkləyə bilməyəcəklər, çünki buna gücləri yoxdur. Amma özlərini elə göstərəcəklər ki, guya çalışırlar. Məncə, bu, Prezident Trampa bir işarədir”, - dövlət başçısı qeyd edib.

Zelenskinin sözlərinə görə, Ukrayna da öz tərəfindən siqnallar verir və pərdə arxasında heç nə baş verməməsini istəyir ki, Tramp tarixən düzgün addım atsın:

“Çünki bizimlə olmaq tarixən düzgündür. Çünki təcavüzkar Putindir və istənilən halda təcavüzkar uduzacaq”.