BAKI, 8 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı tammiqyaslı hərbi əməliyyatlara yenidən başlamasını olduqca mümkünsüz hesab edir.
Teleqraf xəbər verir ki, Tramp CNN-ə verdiyi müsahibədə İran ilə tammiqyaslı hərbi əməliyyatlara qayıtmaq ehtimalı ilə bağlı suala cavab olaraq bildirib ki, bunun zəruri olması ehtimall çox azdır.
Amerika lideri əlavə edib ki, bu qərar onların İranın çox güclü bir razılaşma imzalayıb-imzalamamasından asılı olacaq. Bundan əlavə, Amerika administrasiyasının rəhbəri zəruri hallarda İrana qarşı zərbələrin şiddətli olacağını bildirib. "Lazım gələrsə, biz onlara çox sərt zərbə vuracağıq. Mənim onlara nə qədər sərt zərbə vuracağımı belə bilmirsən", - deyə o bildirib.