BAKI, 8 noyabr. TELEQRAF

Krakovun əsas meydanında terror aktını törədən şəxs "Svit" atıcılıq klubunun üzvü olub.

Teleqraf xəbər verir ki, klubun mətbuat xidməti özünün Facebook səhifəsində atıcının döyüş və ya taktiki atış təlimi almadığı barədə açıqlama yayımlayıb. Klub rəhbərliyi istintaqda hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir və əlavə şərh verməyəcək.

Daha əvvəl, yerli vaxtla təxminən saat 15:00-da Krakovun Əsas Meydanında atışma baş verib. Kamuflyaj geyinmiş 24 yaşlı Polşa vətəndaşı nişanı olmayan Subaru avtomobilindən təsadüfi yoldan keçənlərə atəş açıb. Hadisə nəticəsində altı nəfər ölüb, 15 nəfər yaralanıb, onlardan 12-si, o cümlədən iki polis əməkdaşı ağır vəziyyətdədir. Silahlı şəxs həbs olunarkən güllə yaraları alıb və xəstəxanaya yerləşdirilib. Daha sonra polis onun mənzilində daha üç nəfərin cəsədini aşkar edib.