BAKI, 5 iyun. TELEQRAF

“ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq üçün ciddi işə başlayıb”.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov (2010-2014) deyib.

“Bu, aqoniyadır. Tamamilə bəllidir ki, amerikalılar onu hesabdan çıxarıblar və indi onu aradan götürməyə çalışırlar”, - sabiq baş nazir bildirib.

Xatırladaq ki, 2014-cü ildə barəsində korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açılan Nikolay Azarov beynəlxalq axtarışa verilib və barəsində məhkəmənin hökmü ilə qiyabi həbs cəzası çıxarılıb. Hazırda Rusiyada yaşayan Ukraynanın sabiq baş naziri müharibədə Moskvanın mövqeyini müdafiə etdiyinə görə ölkəsində vətən xaini olaraq qəbul edilir.