BAKI, 22 may. TELEQRAF
“Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstanın paytaxtı Budapeştdə keçirilən qeyri-rəsmi zirvə görüşündən qayıdan zaman təyyarədə jurnalistlərə müsahibəsində deyib.
“Yeni konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik. Yenidən seçilmək və ya yenidən namizəd olmaq kimi dərdim yoxdur. Bizim qayğımız ondan ibarətdir ki, atacağımız addımlarla ölkəmizin nüfuzunu necə artıra bilərik”, - dövlət başçısı bildirib.