BAKI, 29 aprel. TELEQRAF
İtaliya Baş naziri Corciya Meloninin bir çox məsələlərə cəsarətli və qətiyyətli yanaşması iki ölkə arasındakı münasibətləri daha da gücləndirir.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada İtaliya lideri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Türkiyə və İtaliya iki mühüm NATO müttəfiqidir. Aramızdakı münasibətlər hər gün daha da yaxşılaşır. Aramızda Aralıq dənizinin təhlükəsizliyi, Yaxın Şərqdəki vəziyyət, Avropanın sabitliyi və transatlantik əlaqələrin qorunub saxlanması kimi mühüm məsələlərdə harmoniya mövcuddur. İtaliya ilə ticarət əlaqələrimiz möhkəmlənir. Hesab edirəm ki, İtaliya ilə tarixən sıx münasibətlərimizlə yanaşı, hörmətli Meloninin bir çox məsələlərə cəsarətli və qətiyyətli yanaşması da buna mühüm təsir göstərir”, - prezident bildirib.