BAKI, 29 aprel. TELEQRAF

İtaliya Baş naziri Corciya Meloni ilə bugünkü görüşümdə Rusiya-Ukrayna münaqişəsini də müzakirə etmişik.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada İtaliya lideri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“İnanıram ki, Avropa İttifaqına üzvlük prosesimizi əvvəldən dəstəkləyən İtaliya bu yanaşmanı davam etdirəcək. Baş nazirlə Ukraynadakı prosesləri Avropa təhlükəsizliyi kontekstində müzakirə etdik. Ukraynanın ərazi bütövlüyü və suverenliyinə güclü dəstəyimizi vurğuladıq. Qara dənizin təhlükəsizliyinin təmin edilməsində əsas aktor olaraq Türkiyə həll istiqamətində səylərə töhfə verməyə davam edəcək”, - Türkiyə prezidenti qeyd edib.