BAKI, 23 mart. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya qarşı müdafiə məqsədilə Avropa üçün nüvə çətirinin yaradılması ilə bağlı açıqlamaları son dərəcə təhlükəlidir.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Cənab Makronun Avropa üçün nüvə çətiri haqqında bəyanatını eşitmişik. Bu, son dərəcə təhlükəlidir”, - Peskov bildirib.

Kremlin nümayəndəsi Avropanın hərbiləşdirilməsini paradoksal adlandırıb: “Avropa sülhdə maraqlı olmalıdır”.