BAKI, 17 mart. TELEQRAF

İtaliya öz qoşunları ilə Ukraynadakı sülhməramlı missiyada iştirak etməyi düşünmür.

Teleqraf xəbər verir ki, bu barədə İtaliya Baş naziri Corciya Meloni bildirib.

Həmçinin baş nazir İtaliyanın Avropa müttəfiqləri və ABŞ ilə Ukrayna üçün effektiv təhlükəsizlik təminatlarının hazırlanması istiqamətində işləməyə davam edəcəyini söyləyib.

Xatırladaq ki, Böyük Britaniya və Fransa Ukraynada atəşkəsin elan edilməsindən sonra Avropa İttifaqının (Aİ) sülhməramlı missiyasının bu ölkəyə göndərilməsi təklifi ilə çıxış edib.