BAKI, 7 noyabr. TELEQRAF
Kanadanın xarici işlər naziri Anita Anand G7 xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsini gündəmə gətirəcəyini bildirib.
Teleqraf xəbər verir ki, o bu barədə CBC News-a açıqlamasında deyib.
Nazir bildirib ki, Parisdə keçiriləcək G7 görüşündə həmkarları ilə birgə səylərin gücləndirilməsi məsələsini müzakirəyə çıxaracaq.
"Bu məsələ Rusiyanın iştirakı ilə dekabrda keçiriləcək G20 sammitində də qaldırılmalıdır. Ukraynanın müttəfiqləri bu istiqamətdə daha çox səy göstərməlidirlər".