BAKI, 7 noyabr. TELEQRAF

Türkiyənin Mersin şəhərində Özbəkistan vətəndaşı, narkotik qaçaqmalçılığında şübhəli bilinən Odil Fəxrəddinoviç Xudayberdiyevi saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.

Bildirilib ki, əməliyyat Mersin Baş Prokurorluğunun koordinasiyası, Vilayət Polis İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsinin iştirakı ilə həyata keçirilib.

Məlumata görə, Özbəkistan hüquq mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən şübhəlinin uzun müddətdir Mersində yaşadığı müəyyən edilib. Onun kənd təsərrüfatı sahələrində işləyərək gizləndiyi aşkarlanıb.

Polis əməkdaşları istixanaların yerləşdiyi ərazidəki evlərdən birində əməliyyat keçirərək şübhəlini saxlayıb.

Qırmızı bülletenlə axtarışda olan şəxs polis bölməsindəki prosedurlardan sonra məhkəmə orqanlarına təhvil verilib.