BAKI, 7 mart. TELEQRAF

İtaliya Baş naziri Corciya Meloni Avropa sülhməramlılarını Ukraynaya göndərməkdənsə, daha ​​uzunmüddətli həll yolları haqqında düşünməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, alyansa üzv ölkələrə kollektiv müdafiəni ehtiva edən NATO Nizamnaməsinin 5-ci maddəsinin əhatə dairəsinin genişləndirilməsini təklif edib.

“Bu, NATO-ya üzvlüklə eyni deyil, amma bu, NATO ölkələrinin istifadə etdiyi müdafiə metodunun Ukraynaya da şamil edilməsi deməkdir”, - Meloni vurğulayıb.