
BAKI, 27 fevral. TELEQRAF
Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması Rusiyanın Kiyevə yeni işğala başlamayacağına zəmanət vermədən mümkün deyil.
Teleqraf xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Maloni deyib.
“Ukraynada ədalətli və davamlı sülhün təməlinin qoyulması üçün səylər göstərilməlidir, bu da ancaq Kiyevə bunun bir daha təkrarlanmaması və özünü təhlükə altında hiss edən Avropa dövlətlərinin özlərini təhlükəsiz hiss edə bilməsi üçün adekvat təhlükəsizlik zəmanəti veriləcəyi təqdirdə baş verəcək”, - baş nazir bildirib.
Meloninin sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO kontekstində həyata keçirilməlidir:
“Hesab edirəm ki, bu, davamlı sülhü təmin etmək üçün ən yaxşı variantdır ki, Avropanın yenidən müharibə dramı ilə üzləşmək riski qalmasın. Digər həllər mənə daha mürəkkəb, düzünü desəm, daha az təsirli görünür”.