BAKI, 16 fevral. TELEQRAF

ABŞ rəsmiləri Ukraynanı münaqişənin həlli üzrə danışıqlarda iştiraka dəvət ediləcəyinə inandırmağa çalışırlar.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) diplomatik mənbələrə istinadən yazıb.

“ABŞ rəsmiləri Volodimir Zelenskinin ölkəsinin kənardan ona təklif edilən sülh sazişini qəbul etməyəcəyi barədə xəbərdarlığından sonra Ukraynanı Rusiya ilə danışıqlarda iştirak edəcəyinə inandırmağa çalışıblar ”, - nəşr yazır.

Nəşr Münxen Təhlükəsizlik Konfransı çərçivəsində G7 ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak edən diplomatlara istinadən yazır ki, ABŞ Dövlət katibi Marko Rubio ukraynalı həmkarı Andriy Sıbiqaya Vaşinqtonun Kiyevi danışıqlardan kənarda saxlamaq niyyətində olmadığını deyib.