BAKI, 19 noyabr. TELEQRAF

“Nüvə silahları tamamilə qadağan olunmalı və məhv edilməlidir”.

Teleqraf xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Şençjendə rusiyalı və amerikalı həmkarları ilə üçtərəfli görüşündə deyib.

Çin lideri mümkün nüvə müharibəsi barədə xəbərdarlıq da edib:

“Nüvə müharibəsində qalib gəlmək mümkün deyil və başlamamalıdır”.

Si Cinpin nüvə müharibəsinin qarşısını almaq və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə riayət etmək üçün bütün səyləri göstərməyə çağırıb.