BAKI, 14 sentyabr. TELEQRAF
“Süni intellektlə (Sİ) bağlı qorxular real olsa da, onun bəşəriyyəti məhv etməsi perspektivi qeyri-müəyyəndir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
Medvedevin sözlərinə görə, süni intellekt planetə nəhəng zərər vura, məsələn, atom elektrik stansiyalarını məhv edə, nəqliyyat qovşaqlarının və iri istehsal müəssisələrinin fəaliyyətinin pozulmasına səbəb ola bilər. O əlavə edib ki, dövlətlərin bu texnologiyalardan istifadə barədə razılığa gəlməyə çalışması məntiqli olardı, amma korporasiyalar buna imkan verməyəcək.
“Buna görə də bircə şey qalır: qalibin mərhəmətinə ümid etmək. Bizim sevimli, insan əli ilə yaradılmış “ağıllı dost”umuz olan süni intellektin göstərəcəyi humanizmə ümid etmək. Bəlkə valideynlərə yazığı gələr”, - Dmitri Medvedev vurğulayıb.