BAKI, 10 sentyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət obyektlərinin özəlləşdirilməsi üzrə genişmiqyaslı siyahını təsdiqləyib. Ümumi dəyəri təxminən 100 trilyon som (8 milyard dollardan çox) olan aktivlər açıq hərraca çıxarılacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Fərqanə” məlumat yayıb.

Proqrama 84 biznes qurumunda dövlətə məxsus səhm paketləri, 1 242 daşınmaz əmlak obyekti və sahibkarlıq fəaliyyəti üçün təxminən 8 min hektar torpaq sahəsi daxil edilib.