BAKI, 24 oktyabr. TELEQRAF
Hindistanda saxlanılan və göyərtəsində Rusiya vətəndaşı olan dənizçilərin qaldığı “Unity” tankeri əlverişsiz hava şəraiti səbəbindən sahilə yaxın əraziyə yedəklənib.
Teleqraf xəbər verir ki, bu barədə RİA Novosti agentliyi dənizçilərdən birinin qohumuna istinadən məlumat yayıb.
Dənizçinin qohumu bildirib ki, tanker sahilə doğru yedəklə aparılıb. Lakin onun sahilə nə qədər yaxınlaşdırıldığı məlum deyil. Ərazidəki sıx duman səbəbindən sahil görünmür.
Rusiyanın Hindistandakı səfirliyi və baş konsulluğu saxlanılan “Unity” tankerindəki Rusiya vətəndaşı olan dənizçilərin ölkələrinə qaytarılması məsələsini izləyir.
Məlumata görə, tankerin göyərtəsində hazırda 20 Rusiya vətəndaşı qalır. Rusiya tərəfi gəminin saxlanılmasından sonra Hindistan Xarici İşlər Nazirliyinə altı nota göndərib.