BAKI, 24 oktyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk qarşılaşmasında “Şəfa” Sumqayıtda “SOCAR Polymer Arena”da “Kəpəz”lə üz-üzə gələcək.

Saat 16:30-da başlayacaq görüşün baş hakimi Cavid Cəlilov olacaq.

Günün digər matçında “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. “Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Oyunu Əli Əliyev idarə edəcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qəbələ” səfərdə “Araz-Naxçıvan”a 2:1, “Zirə” isə evdə “Sumqayıt”a 3:2 hesabı ilə qalib gəlib. “İmişli” – “Şamaxı” və “Sabah” – “Qarabağ” matçları isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası

IX tur

24 oktyabr

​16:30. “Şəfa” – “Kəpəz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev

VAR: Vüqar Həsənli

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Asif Əliyev

“SOCAR Polymer Arena”

19:00. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov

VAR: Rəvan Həmzəzadə

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

“Palms Sports Arena”