BAKI, 4 sentyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, həmsöhbətlər Ermənistan-Türkmənistan münasibətlərinin inkişafı və ikitərəfli gündəmlə bağlı məsələləri müzakirə ediblər.
Ticari-iqtisadi əlaqələrin genişləndirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyi vurğulanıb.
Nikol Paşinyan bu ilin oktyabr ayında Ermənistanda keçiriləcək Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflərinin 17-ci Konfransına (COP17) diqqət çəkərək, Sərdar Berdiməhəmmədovu tədbirdə iştirak üçün ölkəsinə dəvət edib.
Türkmənistan Prezidenti dəvəti qəbul edib.