BAKI, 3 sentyabr. TELEQRAF

“Adam Kadırov Yaxın Şərqdə humanitar missiyadadır və Qəzza zolağı sakinlərinin ərzaq təchizatına nəzarət edir”.

Teleqraf xəbər verir ki, bunu onun atası və Çeçenistan lideri Ramzan Kadırov deyib.

Kadırov bildirib ki, Adamla əlaqəli humanitar aksiyalardan biri Qəzza sakinlərinə ət paylanmasıdır, onun sayəsində təxminən beş min insan ət alıb.

“Adam həqiqətən ehtiyacı olanlara vaxtında və tam şəkildə yardımın çatdırılmasını təmin etməyə böyük diqqət yetirir”, - Çeçenistan rəhbəri qeyd edib.