BAKI, 14 avqust. TELEQRAF

Tacikistan “Tacikistan Respublikası Hökuməti və Tacikistan Milli Bankı ilə Qazaxıstan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Milli Bankı arasında Tacikistan rublu və Qazaxıstan təngəsinin məzənnələrinin konvertasiyasını və sabitləşməsini təmin etmək tədbirləri haqqında 16 dekabr 1999-cu il tarixli sazişin etibarsız hesab edilməsi haqqında” qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Qərar formal xarakter daşıyır, əslində, saziş Tacikistan rublu 2000-ci ildə somoni ilə əvəz edildikdə qüvvədən düşmüşdü. Qazaxıstan 2024-cü ilin may ayında müqavilədən çıxıb.

Tacikistan rublu müstəqil Tacikistanın ilk milli valyutası olub, 1995-ci ildə dövriyyəyə buraxılıb. 2000-ci ildə isə Tacikistan dövlətinin qurucusu İsmayıl Somoninin adını daşıyan yeni milli valyuta somoni ilə əvəz edilib.