BAKI, 14 avqust. TELEQRAF
Ukrayna ilə sərhəddən təxminən 600 kilometr məsafədə yerləşən Rusiyanın Voloqda vilayətində ilk dəfə raket hücumu həyəcanı elan edilib.
Teleqraf xəbər verir ki, bu barədə regionun qubernatoru Georgi Filimonov məlumat verib.
“Hörmətli Voloqda sakinləri! Voloqda vilayətində ilk dəfə olaraq raket təhlükəsi rejimi elan edilib”, - o, sosial mediada yazıb.