BAKI, 15 oktyabr. TELEQRAF

AQEM-in Bakı Bəyannaməsi üzv dövlətlərin birgə nailiyyətlərini əks etdirir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, sammit Asiyada dialoqun gücləndirilməsi, etimadın qurulması və əməkdaşlığın təşviqi istiqamətində ümumi öhdəliyi bir daha təsdiqləyib:

“Baki Bəyannaməsinin qəbulu son iki ildə əldə olunan nailiyyətləri üzv dövlətlərin birgə uğuru kimi təsdiqləyib. Əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığa dair bəyanatın qəbulu da praktiki məsələlərdə birgə fəaliyyətə hazırlığı nümayiş etdirib”.