BAKI, 15 oktyabr. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qeyri-neft xarici ticarətinin həcmi 2026-cı ilin ilk altı ayında 526 milyard dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bunu BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Xəlifə bin Şahin Əl-Mərar bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.
O qeyd edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur.
Nazir ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsinin, rəqəmsallaşmanın, süni intellektin tətbiqinin və dəniz təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini vurğulayıb.
O, həmçinin iqtisadi inkişafın ətraf mühitin qorunması və bərpaolunan enerji ilə uzlaşdırılmasının vacibliyini qeyd edib.